Qanunsuz balıq ovlayanlar cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Cəlal Nəcəfov, Şirvan şəhər sakini Vidadi Dəmirov, Neftçala rayon sakinləri Salam Mənəfov, Vüqar Zeynalov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.