Pərvin Abıyeva həbs oluna bilər- SƏBƏB
Aktrisa Pərvin Abıyeva barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib. Buna səbəbsə aktrisanın külli miqdarda vergi borcunun olmasıdır. Beləki, hazırda onun 9 min 686 manat vergi borcu var. Bəs, külli miqdarda vergi borcu olan Pərvin Abıyevanı hansı cəza gözləyir? Məsələyə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib.
Musavat.com bizim.media-ya istinadən xəbər verir ki, o, açıqlamasında Abıyevanın gəlirlərini qəsdən azaltdığı və yaxud sənədləri saxtalaşdırdığı təqdirdə ona cinayət işi açıla biləcəyini deyib:
“Yox, əgər söhbət sadəcə hesablanmış vergini ödəməməkdən gedirsə, onda Vergi Xidməti onun ölkədən çıxışına “stop” qoya bilər. Bu praktikada ən çox rast gəlinən haldır. Burda ikinci bir addım kimi Abıyevanın bank hesabları dondurula bilər. Bu zaman hesabdakı pullardan vergi borcları avtomatik olaraq çıxılır. Bank hesabı yoxdursa, onda Vergi Xidməti icra vərəqəsi yaza bilər. Qeyd edək ki, bu səlahiyyət vergi orqanlarına yeni verilib və bu icra həmin şəxsin əmlakına yönəldilir”.
Əsabəli Mustafayev təəssüflə bildirdi ki, Azərbaycanda belə bir hal formalaşıb ki, bəziləri gəlirlərini gizlətmək və vergidən yayınmaq üçün adına heç bir əmlak sənədləşdirmir:
“Belə vəziyyətdə isə Vergi Xidməti pulun Abıyevadan tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu müraciətdən sonra məhkəmə müvafiq qərar çıxardır. Əgər məhkəmənin bu qərarı da icra olunmasa onda o şəxs barədə əvvəlcə İnzibati Xətalar Məcəlləsinə əsasən iş başlanılır. Burada həm həbs var, həm də cərimə. Əgər məhkəmənin bu qərarı da icrasız qalarsa, onda məhkəmə qərarının icra olunmaması ilə bağlı cinayət işi başlana bilər. Burda isə ancaq həbs cəzası var”.