22 Dekabr 2024

Parlamentdə Heydər Əliyev haqqında çəkilmiş filmin təqdimatı keçirilir

Milli Məclisin hazırda davam edən xüsusi iclasında görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən “HEYDƏR ƏLİYEV – ZAMANIN FÖVQÜNDƏ” filminin təqdimatı davam edir. Filmin ideya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova, ssenari müəllifi Mehman Qaibovdur.

Film Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb. Filmdə əsasən Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs edir. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə Ali Sovetin deputatı, SSRİ Ali Sovetin deputatı kimi fəaliyyəti, bu dövrdə onun təşəbbüsü ilə Azərbaycanın gələcəyi naminə parlamentdə görülmüş işlərdən, o cümlədən yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 3 ay 18 gün ərzində müstəqilliyin ilk illərində Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdən bəhs edilir. Filmdə Ulu Öndərin Ali Sovetin tribunasından səsləndirdiyi bir sıra fikirləri ilk dəfə nümayiş olunur. Onun parlamentə sədrlik etdiyi dövrdəmüstəqilliyimizin gücləndirilməsi, ordu quruculuğu, neft strategiyası, demokratiyanın inkişafı sahəsində atdığı addımlar geniş əks olunub. Filmdə həmçinin yüksək səviyyəli Prezident-Parlament münasibətlərindəndən və Heydər Əliyev siyasətinin təntənəsindən bəhs olunur.

Spiker Sahibə Qafarova film haqqında danışarkən yaradıcı heyətə, həmçinin filmin musiqi tərtibatçısı olaraq deputat Novruz Aslana təşəkkürünü bildirdi.

E.Paşasoy,
Musavat.com