NATO-nun baş katibi Ararat Mirzoyanla görüşəcək
Yanvarın 23-də NATO-nun baş katibi Yens Stoltenberq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.
Media1.az xəbər verir ki, erməni mediası bu barədə NATO-nun Mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bundan əvvəl NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfəri çərçivəsində baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və digər rəsmi şəxslərlə görüşüb.