31 Yanvar 2023

Azərbaycanda qrantlarla bağlı vahid informasiya sistemi yaradılıb

Azərbaycanda qrantlarla bağlı vahid informasiya sistemi yaradılıb.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, qrantların reyestrinin aparılması Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, məqsəd qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılmasını təmin etməkdir.