Məşhur cütlük 7 il sonra EVLƏNDİ

Məşhur aktrisa Ege Kökenli iki il əvvəl nişanlandığı sevgilisi Lior Ahituvla ailə həyatı qurub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük pandemiya səbəb ilə təxirə saldıqları toylarını ötən axşam Beşiktaşdakı oteldə reallaşdırıb.
Dostları bu xoş gündə məşhur aktyoru tək qoymayıblar. Toyda Öykü Karayel-Can Bonomo cütlüyü, Kerem Bürsin, İrem Helvacıoğlu və Naz Çağla Irmak kimi adlar da iştirak edib.
Kökenli “Xoşbəxtik, həyəcanlıyıq. Təəssüf ki, pandemiya səbəbindən toy təxirə salındı. İndi tam 7 ildir evli cütlük olaraq qarşınızdayıq” dedi.
Qeyd edək ki, Ege Kokenli “Yahşi Cazibe”, “Çalıkan”, “Günəşin Kızları”, “Yasak Alma” kimi bir çox serialda rol alıb.