22 Dekabr 2024

Maqnit qasırğası zamanı BUNLARI edin

Maqnit qasırğası zamanı çox vaxt insanlar halsızlıqdan, baş ağrısından əziyyət çəkirlər. Bunun üçün maqnit qasırğası olacağını eşitdiyiniz gün nə yeyib-içdiyinizə diqqət etməlisiniz.

Musavat.com Sfera.az-a istinadən həmin gün yeyə biləcəklərinizin siyahısını təqdim edir:

Səhər – suda bişmiş yulaf, bir stəkan çay və ya süd.

Nahar – yağlı tərəvəzli salat, şorba, kartof və balıq.

Günortadan sonra – 2 alma və ya banan.

Şam yeməyi – salat, pendir və ya kəsmik, bir dilim çörək, çay.

Yatmazdan 1 saat əvvəl – kefir və alma.