23 Dekabr 2024

Mətanət İsgəndərli koronavirusa yoluxdu – VƏZİYYƏTİ AĞIRDIR

Hazırda Moskvada yaşayan Əməkdar artist Mətanət İskəndərli oğlu Kərim ilə birlikdə koronavirusa yoluxub. Müğənninin vəziyyəti ağırlaşdığı üçün Moskvadakı xəstəxanaların birinə yerləşdirilib.

Media1.az Musavat.com-a istinadən  bildirir ki, bu barədə müğənninin keçmiş gəlini Canana sosial şəbəkədə məlumat paylaşıb.

O, Mətanət İskəndərli ilə olan fotosunu paylaşaraq qeyd edib:

“Bu gün hər birinizdən bir ana kimi xahiş edəcəm. Uşaqlarımın nənəsi Mətanət xanım və oğlu Kərim koronavirusa yoluxub. Mətanət xanımı xəstəxanaya yerləşdiriblər. Hər kəsin duasına ehtiyacım var. Bu müqəddəs ayda yalnız yaxşılıqlar etmək lazımdır. Allah hər birimizin günahlarını bağışlasın. Mən Canana kiməsə pislik arzulamıram. Allah sağ-salamat elinə dönməsini nəsib etsin”.

Xatırladaq ki, əməldar artist Mətanət İskəndərli bir müddətdir ki, oğlu Kərim ilə birlikdə Moskvada yaşayır. Müğənni son açıqlamasında hələ bir müddət vətənə dönməyəcəyini bildirmişdi.