Kanadada Azərbaycan bayrağı qaldırıldı – FOTO, VİDEO
Kanadanın Toronto şəhərindəki həmyerlilərimiz Azərbaycanın Müstəqillik Gününün 104-cü ildönümünü şəhərin mərkəzində, açıq havada qeyd ediblər.
Tədbirdə iştirak edən azərbaycanlı tələbə Ərhun Abbaslı Musavat.com-a deyib ki, bayram törəninə Kanada parlamentinin deputatları, senatorları və müxtəlif icmaların təmsilçiləri dəvət olunub. Qonaqlarla birlikdə Azərbaycanın üç rəngli, ay -ulduzlu bayrağı Toronto şəhər mərkəzində dalğalandırılıb.
Mərasimdə Türkiyənin Torontoya ezam olunmuş səfiri və bir çox tanınmış kanadalı deputatlar çıxış ediblər.
Musavat.com