Kanada Ukraynaya CRV7 aviasiya raketləri verə bilər

Kanada Müdafiə Nazirliyi Ukraynaya CRV7 aviasiya raketlərinin göndərilməsi imkanlarını öyrənir.
“Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Kanada Silahlı Qüvvələrində 2000-ci illərin əvvəllərindən istifadədən çıxarılmış 83 mindən çox belə raket var. Lakin bu raketlərin heç də hamısında döyüş başlığı yoxdur. Yalnız 8 minə yaxın raket yaxşı vəziyyətdədir ki, məhz onlar Ukraynaya verilə bilər.