22 Dekabr 2024

Kadırov 18 yaşlı oğlunu nazir təyin etdi

Çeçenistan rəhbərinin böyük oğlu Axmat Kadırov respublikada gənclərlə iş üzrə regional nazir postuna təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Fontanka” nəşri yayıb.

Çeçenistan parlamentinin spikeri Maqomed Daudov qeyd edib ki, 18 yaşlı Axmat Kadırov əvvəllər Çeçenistan bədən tərbiyəsi, idman və gənclər siyasəti nazirinin birinci müavini olub.

Xatırladaq ki, Axmat Kadırovun kiçik qardaşı bu yaxınlarda Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb. 16 yaşınadək Adam Kadırov ümumilikdə yeddi orden, o cümlədən “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərə görə”, 1-ci dərəcəli “İslam dininə xidmətə görə” mükafatları, habelə Rusiyanın “Əmək” ordeni ilə təltif edilib.