22 Dekabr 2024

İstanbulda MÜHÜM beynəlxalq konfrans keçirilirVİDEO

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans başlayıb.

Əsas məqsəd müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə iştirak edir.

Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı Fransanın müstəmləkələri olan dənizaşırı bölgələri – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, digər bütün maraqlı tərəflər rəsmi Parisin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair faktlarla İstanbuldan bütün dünyaya səslənəcək.

Panellərdə Fransa hökuməti tərəfindən yaradılan süni hüquqi maneələr, o cümlədən, sərhəd, təhlükəsizlik və müdafiə məsələləri, milli resurs və mülkiyyət, beynəlxalq tanınma (insan hüquqları və ədalət), vətəndaşlıq, milliyyət, qanunvericilik və qaydalar, həmçinin iqtisadi islahatlar müzakirə ediləcək.

Ardınca acıq müzakirələr və sual-cavab sessiyası olacaq. Bundan sonra Bakı Təşəbbüs Qrupunun icraci direktoru Abbas Abbasov yekun nitqlə çıxış edəcək.

Fevralın 25- də keçiriləcək panel etnik və mədəni ayrı-seçkiliyə həsr olunacaq. Paneldə siyasi qeyri-sabitlik və münaqişələr, repressiya/əsassız həbslər, siyasi tarix, sosial və İqtisadi problemlər, müstəqil medianın təqibi, təhlükəsizlik problemləri (insan, sağlamlıq, ətraf mühit, kiber təhlükəsizlik), immiqrasiya və emiqrasiya, əcnəbilər mövzularına toxunulacaq.

Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.

Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.

Bakı Təşəbbüs Qrupu indiyədək dünyada 6 belə konfrans təşkil edib. (Report)

https://t.me/TVmusavat/79409?embed=1