22 Dekabr 2024

İşğaldan azad edilən ərazilərdə meşə-bərpa işləri ilə əlaqədar hansı işlər görülür?

“1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanılıb”.

Media1.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib:

“Ötən il yeni ağacların əkilməsinə başlanıb. Həmçinin ərazidə ağac toxumları da səpilib. Bu proses davam edəcək və Topxana meşəsi bərpa ediləcək. Həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkmişik. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları meşədə təhlil aparır. Təhlilin nəticəsindən asılı olaraq aidiyyəti qurumlara təkliflər göndəriləcək. Nazirlik əməkdaşları həmçinin Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması prosesini həyata keçirilir. Azad olunan ərazilərdə əkilməsi üçün Türkiyədən 49 min ting gətirilib. Ümumilikdə bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 42 hektar sahədə 40 minə qədər ting əkilib. O bildirib ki, Cəbrayıl rayonu ərazisində Türkiyə ilə birgə tinglik sahəsinin salınması üzrə işlər aparılır. Regionda əkin məhsullarına olan tələbat həmin tinglik sahə ilə ödəniləcək”.

Nigar HƏSƏNLİ