İranda aksiyalara görə öldürülənlərin sayı 448-ə çatıb
İranda molla rejiminə qarşı keçirilən aksiyalarda öldürülənlərin sayı açıqlanıb.
Media1.az xarici mediaya istinadən xəbər verir ki, İran İnsan Haqları Təşkilatı etirazlar başlayandan bəri öldürülənlərin sayının 60 uşaq və 29 qadın olmaqla azı 448-ə çatdığını bildirib.
Son bir həftə ərzində İranda 16-dan çox insanın hökumət qüvvələri tərəfindən öldürüldüyünü, onlardan 12-dən çoxunun kürdlər yaşayan ərazilərdən olduğunu bildirib.