İLK DƏFƏ! Ukrayna Rusiyanı göz bəbəyindən VURDU – Putinin “BƏNZƏRSİZ” silahının sonu
Ukrayna Rusiyanın ən yeni və ən qabaqcıl silahlarından biri olan “Kh-47 Kinzhal” (Kinjal) hipersəs raketini vurub.
Media1.az xəbər verir ki, Rusiyadan rəsmi açıqlama olmasa da, Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk Rusiya prezidenti Vladimir Putinin “unikal” və “dayandırılmaz” adlandırdığı hipersəs raketinin vurulduğunu təsdiqləyib.
Oleşçuk raketin mayın 4-də Kiyev yaxınlığındakı hava hücumunda istifadə edildiyini bildirib: “Bənzərsiz Kinjalı biz vurduq”.
Britaniyanın “The Guardian” nəşri Ukraynanın ilk dəfə Rusiyanın ən müasir raketlərindən birini vura bildiyinə diqqət çəkib.
“Daily Mail” nəşri isə adı “xəncər” mənasını verən hipersonik raketin ABŞ-ın Ukraynaya verdiyi “Patriot” hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini və Putinin “bənzərsiz” adlandırdığı silahın məhv edilməsinin Rusiya üçün böyük zərbə olduğunu yazıb.
Rusiyanın ən yeni və ən qabaqcıl silahlarından biri olan “Kh-47 Kinzhal” (Kinjal) raketi 2000 kilometrə qədər uçuş məsafəsinə malikdir və səsdən 10 dəfə sürətlidir. Hipersəs sürəti və ağır döyüş başlığı ilə raket yeraltı bunkerlər və dağ tunelləri kimi yerləri effektiv şəkildə hədəfə ala bilir.