22 Noyabr 2024

İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü keçirilib – YENİLƏNİB

Bu gün Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.

APA-nın Brüsselə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, öncə birgə foto çəkdirilib.

Görüş Avropa İttifaqının mənzil-qərargahında baş tutub.

Qeyd edək ki, görüş 4 saata qədər davam edib.

***

Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü başlayıb.

Musavat.com xəbər verir ki, görüş Avropa İttifaqının mənzil-qərargahında keçirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Prezident İlham Əliyev və Şarl Mişel arasında görüş keçirilib.

Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Musavat.com