22 Dekabr 2024

Fədayədən Manafa cavab: “Bunu sosial şəbəkələrdə deməliyəm?”

Müğənni Fədayə Laçın ilə həmkarı Manaf Ağayev arasında anlaşılmazlıq yaranıb.

Musavat.com
 xəbər verir ki, buna səbəb Manaf Ağayevin Dalğa televiziyasında söylədikləri olub. Belə ki, Manaf Ağayev efirdə aşağıdakıları bildirib:

“Fədayə Laçın həbsdə olanda iki il ərzində ailəsinə kömək etdim. Dostlarımdan da pul yığdım. Bütün günü sosial şəbəkədə canlı yayımda oturur. Millət məni qınayanda deyə bilməzdi ki, belə şeylərə fikir vermə, hamı səni tanıyır?”

Müğənni Fədayə Laçın “İnstagram”da prodüser Tarix Əliyevin sözügedən paylaşımına rəy yazaraq Manaf Ağayevə cavab verib:
“Onun haqqında hər zaman yaxşı fikirdə olmuşam. Həmişə də deyirəm ki, Manaf kişi oğlu kişidir. Dar günün dostudur. Bunu sosial şəbəkələrdə deməliyəm? Həm də ay Manaf, o aralar səni qınayanlar, elə məni də qınayır”.


Könül
Musavat.com