23 Dekabr 2024

Etibarlı əməkdaşlığın obyektiv əsasları

Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik,dini – mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır.Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat – logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr.Azərbaycanın həm Türkiyə,həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir.Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyənnaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsiə çatdırmışdır.2017- ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.

İqtisadi əməkdaşlığın inkişaf dinamikası.2022 – ci ilin yanvar – oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır.Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.

Azərbaycan önəmli turizm ölkəsinə çevrilmişdir.Azərbaycan Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir.2022 – ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.

Zəngəzur dəhlizi.Zəngəzur dəhlizlərinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub.Bütün işlər 2024 – cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaradılacaq.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı