Ermənistanda Rusiya hərbi bazasının qarşısındakı aksiyada 100 nəfər saxlanılıb
Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox adam saxlanılıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlayıblar.
Aksiyaçılar bildiriblər ki, Rusiya sülhməramlılarını “işğalçı” elan edə bilərlər. “Biz dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edilib”, – Milli demokratik qütb” təşkilatının üzvü Vahe Qasparyan bildirib.