28 Mart 2024

Fransız spiker İrəvana səfər edəcək

Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive Ermənistana səfər edəcək.

Media1.az erməni mediasına istinadən bildirir ki, fransız spiker bu barədə tvitter səhifəsində məlumat verib.

“Milad bayramı zamanı fikrim ermənilərə yönəlib, onlara ümid və sülh arzulayıram. Fransa Milli Assambleyasının dəstəyini bir daha ifadə etmək üçün gələn həftə Ermənistana gələcəm”, – Yael Braun-Pive əlavə edib. O, Fransa nümayəndə heyətinin tərkibində qanunverici orqanın təmsilçilərinin də olacağını bildirib.

Qeyd edək ki, ötən il Fransa Milli Assambleyası Azərbaycana qarşı qətnamə qəbul edib.