Ərdoğanın SON DURUMU açıqlandı
AK Partiyanın Qrup sədr müavini Bülent Turan qatıldığı canlı yayımda narahatlıq keçirən prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı fövqəladə vəziyyətin olmadığını bildirib.
APA Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, “gündə 5 proqram, xüsusi yığıncaqlar və müsahibələr keçirir. Dünənki fövqəladə proses əslində proqramları yenidən nəzərdən keçirmək fürsəti verə bilər” – deyib.
Dövlət başçısının səhhəti ilə bağlı AK Partiya sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş da açıqlama verib. Millət vəkili qeyd edib ki, gərgin iş rejiminə görə prezidentin mədəsində narahatlıq yaranıb. Hazırda vəziyyəti tam qaydasındadır.