Ərdoğan Zelenski və Putin ilə Ukraynada nizamlanmanı müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı və ukraynalı həmkarları Vladimir Putin, Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.
Media1.az “Star” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
“Sabah Prezidentimiz Putin və Zelenski ilə telefonla danışmağı planlaşdırır”, – deyə o, yerli mediaya açıqlamasında qeyd edib.