29 Mart 2024

Ərdoğan Zelenski və Putin ilə Ukraynada nizamlanmanı müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı və ukraynalı həmkarları Vladimir Putin, Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.

Media1.az “Star” telekanalına istinadən xəbər verir ki, bu barədə  Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

“Sabah Prezidentimiz Putin və Zelenski ilə telefonla danışmağı planlaşdırır”, – deyə o, yerli mediaya açıqlamasında qeyd edib.