23 Dekabr 2024

Erbildən gələn heyət “Yeni Müsavat” qəzetini ziyarət etdi – FOTOLAR

Azərbaycanda səfərdə olan Erbil heyəti “Yeni Müsavat” Media Qrupunu ziyarət edib.

Musavat.com xəbər verir ki, heyətin başında olan İrak-Kürdistan Hükümeti Bakanlar Kurulu Başkanlığının etnik və dini qurumlara cavabdeh regional naziri Aydın Maruf bəy (milliyyətcə türkməndir) İraq hökumətinə bağlı qurumlarının Azərbaycana ilgisini, münasibətini anlatdı, Azərbaycandan dəstək gözlədiklərini bildirdi, eyni zamanda Türkiyə mərkəzli siyasət yürütdüklərini, türkmənlərin bölgədə olan digər etnik qruplarla qaynaşma içərisində və tolerant bir mühitdə fəaliyyətdə və yaşamda olduğunu qeyd etdi.

AYDİN.jpeg (116 KB)

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu gələn nümayəndə heyətini salamladı və İraq türkmənlərinin Azərbaycan üçün çox önəmli bir topluluq olduğunu, Azərbaycan kökənli olduğunu qeyd etməklə yanaşı, bildirdi ki, türkmənlərin İraqda yerləşən quruluşlarda, hökumət və bir sıra qurumlarda təmsil olunması bizlər üçün çox önəmlidir:

“O cümlədən, Aydın Maruf bəy kimi çox tanınmış və Türkiyə yönümlü, türkçü dünyagörüşlü bir ziyalının İraq Kürdüstan hökumətində nazir olması və önəmli bir sima olması bizlər üçün ciddi bir mesajdır, önəmli məsələdir. Bizim qapılarımız hər zaman qardaşlarımız üçün açıqdır. Bizim Media Qrupumuzun da hər zaman İraq türkmənlərinə informasiya, ideoloji və siyasi dəstəyi olub, bundan sonra da olacaq”.

ARİFOGLU.jpeg (144 KB)

Qeyd edək ki, “Yeni Müsavat” Media Qrupunu ziyarət edən Erbil heyətinin tərkibində Etnik və dini qurumlar üzrə məsul şöbə müdiri Florin Gorgis, Kakayi Lideri, Dini qurumun İraq nümayəndəsi Ali Darviş, Regional nazirin etnik və dini qurumlara cavabdeh olan rəsmisi Ayad Wadi və Birva Ömer də təmsil olunublar. 

Musavat.com