22 Dekabr 2024

DÇ-2022: İngiltərə millisi İranla oyunda 3-cü qolu vurubYENİLƏN

İngiltərə millisi Qətərdəki dünya çempionatında İrana qarşı keçirdiyi B qrupunun ilk tur oyununda 3-cü qolu vurub.

“Report”un məlumatına görə, Avropa təmsilçisindən 43-cü dəqiqədə Bukayo Saka, 45+1-ci dəqiqədə isə Rahim Sterlinq fərqlənib.

***
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və İran yığmaları arasında B qrupunun ilk tur oyununda hesab açılıb.

“Report”un məlumatına görə, 35-ci dəqiqədə fərqlənən Cud Bellingem Avropa təmsilçisini önə çıxarıb.

***
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və İran yığmaları arasında B qrupunun ilk tur oyunu başlayıb.

“Report”un məlumatına görə, “Xəlifə” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

***
Qətərdə keçirilən dünya çempionatında üz-üzə gələcək İngiltərə və İran komandalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı oyunçularla çıxacaqlar:

İngiltərə: 1. Cordan Pikford (q), 12. Kiran Tripyer, 5. Con Stounz, 6. Harri Maquayr, 3. Lyuk Şou, 4. Deklan Rays, 22. Cud Bellingem, 17. Bukayo Saka, 19. Meyson Maunt, 10. Rahim Sterlinq; 9. Harri Keyn (k)

İran: 1. Əlirza Beyrənvand (q), 2. Sadeq Moharremi, 3. Ehsan Həcsəfi (k), 5. Milad Mohemmedi, 7. Əlirza Cahanbaxş, 8. Murtəza Purəliqanji, 9. Mehdi Taremi, 15. Ruzbeh Çeşmi, 18. Əli Kərimi, 19. Məcid Hosseyini, 21. Əhməd Nurullahi

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.