29 Mart 2024

DÇ-2022: Bu gün daha 3 oyun keçiriləcək

Qətərdə dünən başlayan futbol üzrə dünya çempionatında bu gün 3 oyun keçiriləcək.

Media1.az bildirir ki, günün ilk oyununda B qrupu çərçivəsində İngiltərə və İran millililəri qarşılaşacaq. Dohadakı “Xəlifə” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

A qrupunun ikinci oyununda Niderland millisi Seneqalla qarşılaşacaq. Bu oyun “Al-Tumama” stadionunda baş ruracaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.

Günün son oyununda ABŞ Uelslə qarşılaşacaq. “Əhməd ibn Əli” stadionunda keçiriləcək oyun 23:00-da başlayacaq.

DÇ-2022
21 noyabr

A qrupu
20:00. Seneqal – Niderland

Baş hakim: Uilton Sampayo (Braziliya)

“Al-Tumama” stadionu

Xal durumu: Ekvador – 3 (1 oyuna), Niderland – 0, Seneqal – 0, Qətər – 0 (1 oyuna)

B qrupu
17:00. İngiltərə – İran

Baş hakim: Rafael Klaus (Braziliya)

“Xəlifə” stadionu

23:00. ABŞ – Uels

Baş hakim: Əbdülrəhman Əl-Casim

“Əhməd ibn Əli” stadionu