22 Dekabr 2024

“Daha bir ölkənin Ukraynaya ərazi iddiası var” – Polkovnikdən şok iddia

“Rusiya-Ukrayna müharibəsi Polşa hakimiyyətini milli kəşfiyyat və əks-kəşfiyyat əməkdaşlarının maaşlarını artırmağa məcbur edib”.

Bu barədə Polşanın “Rzeczpospolita” qəzeti yazır.

Nəşr qeyd edir ki, dünyadakı vəziyyət kəşfiyyat qurumlarında resursların və kadrların kifayət qədər maliyyələşdirilmədiyini üzə çıxarıb: “Varşava bununla casusların ixtisar dalğasını dayandırmaq niyyətindədir”.

Polşa Seyminin üzvü Adam Şlapki müharibəyə görə kəşfiyyatçıların fəaliyyətlərini intensivləşdirdiyini deyib: “Onların rolu bu gün son dərəcə vacibdir”.

Polşa kəşfiyyatının keçmiş əməkdaşı Tomaş Bronis şikayət edib ki, kəşfiyyatdakı xidmətləri həmkarlarını arvadlarına və dostlarına iş yerləri barədə yalan danışmağa məcbur edir.

“Çətin və ağırdır. Kompensasiya isə təbii ki, yüksək maaş olmalıdır”, – Bronis bildirib.

ABŞ müdafiə nazirinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor isə Polşanın Ukraynanın qərb ərazilərini işğal etmək istəyindən danışıb. Onun fikrincə, Polşa rəsmilərinin bəyanatları onların “itirilmiş torpaqlar” üzərində nəzarətin qaytarılmasını gözlədiklərini göstərir. Polkovnik NATO ölkələrinin əksəriyyətinin Varşavanı dəstəkləyəcəyinə şübhə edir, onun fikrincə, bu, alyansın məqsədlərinə ziddir. Amma Makqreqor ABŞ və digər dövlətlərin Polşa qoşunlarının Ukraynaya ehtimal edilən hücumunun qarşısını almaq üçün heç nə etməyəcəyinə inanır./Teleqraf.com