22 Dekabr 2024

BMT-nin hesabatı: Ozon təbəqəsi 40 ildən sonra bərpa olunacaq

Yer kürəsinin ozon təbəqəsi 2066-cı ildə Antarktidada, 2045-ci ildə Arktikada və 2040-cı ildə dünyanın qalan hissəsində ozon dəliklərinin olmadığı 1980-ci il səviyyəyə qayıda bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının hesabatında deyilir.

Bildirilir ki, qlobal istiləşmənin məhdudlaşdırılmasına yönəlmiş geomühəndislik layihələri atmosferə hissəciklərin buraxılması nəticəsində ozon təbəqəsinə ciddi şəkildə təsir göstərir.

Qeyd edək ki, daha əvvəl kanadalı alimlər Yer atmosferində Antarktidadan yeddi dəfə böyük olan ozon dəliyi aşkar etmişdilər.