22 Dekabr 2024

Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasında “SONBAHAR”Partisi Fotolar

Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Media1.az-a bildirib ki, “Dövlətimiz hər zaman öz qayğısını uşaqlardan əsirgəmir. Körpələrin azad, firavan yaşaması üçün həmişə zəruri addımlar atılır.

” Uşaq məsumiyyət, saflıq və dürüstlükdür. Onlar səadətimizin açarı, sevincimizin ilk və ən məsum ünvanıdır.Üz-gözündən sadəlik, səmimilik, mehribanlıq, xoşbəxtlik yağan, Allahın ən ali yaradılışını necə sevməmək olar?-deyə Leyla Məmmədova vurğulayıb.
Bağça müdiri qeyd edib ki, əsas məqsəd ictimaiyyətin diqqətini uşaqların müharibə təhlükəsindən qorunmasına, sağlamlıqlarının mühafizəsinə, onların təhsil və tərbiyəsinin demokratik ənənələr əsasında qurulmasına yönəltməkdir.

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi sağlam, yararlı yetişdirmək isə bizim öz əlimizdədir. Hər şey isə uşaqlıqdan, lap elə körpəlikdən başlayır. Məhz , məktəbəqədər təhsildən”- bu fikirləri bağçanın müdiri hər zaman yenilikləri və ilkləri ilə yaddaqalan Leyla Məmmədova səsləndirib.