Bərdə Mədəniyyət Mərkəzində “44 Gün” sənədli filmin təqdimatı keçirilib.
2022- ci ilin 6 dekabrında Bərdə Regional Mədəniyyət İdarəsinin Mədəniyyət mərkəzində Günel Əliqızının müəllifi olduğu “44 Gün” sənədli filminin təqdinatı kecirilib .
Təqdimatda şəhid ailələri,qazilər,rayon ictimaiyyəti,Asan Xidmət mərkəzinin əməkdaşları,təhsil və mədəniyyət işciləri iştirak edib.
Tədbirdə əvvəlcə şəhidlərimizin və ulu öndərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.Dövlət himni səsləndirilib.
Cıxış edənlər Ali Baş komandan, möhtərəm prezidentimizin dəmir yumruğu,apardığı daxili və xarici siyasətinin uğurlu nəticəsi kimi qazanılan qələbədən danışıblar.Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmasında keçirilən belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə şəhid Elməddin Hüseynzadənin,Xudayar Yusifzadənin anası, “Qarabağ əlilləri , Şəhid ailələri , Müharibə veteranları” İctimai Birliyinin Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova, YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov,Bərdə şəhər 10 saylı bağcanın müdiri Leyla Məmmədova,şəhud Turqit Zeynalovun və Əkbər Mustafayevin baciları,yaradıcı heyetə uğurlar diləyib.
Tədbirin sonunda Günel Əliqızı tədbirə kecirilməsinə köməklik etdiyinə görə Mədəniyyət Nazirliyinə,Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə xüsusi təşəkkürünü bildirib.Şəhid ailələrinə səbr,qazilərə şəfa diləyib,Cənab Prezidentin yaninda olduqlarını vurğulayıb.
Sonra “44 gün” adlı sənədli film nümayiş olunub. Qəhrəman döyüşçülərimizdən bəhs edən sənədli film izləyicilərə duyğulu anlar yaşadıb.