21 Dekabr 2024

Azərbaycan-NATO hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-NATO hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.

Bu barədə Media1.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 9-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb.

Baş Qərargah rəisi qonağı salamlayaraq Azərbaycan ilə NATO arasında əlaqələrin inkişaf etdiyini, habelə Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.

Görüşdə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına verdiyi töhfə yüksək dəyərləndirilib, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
General-leytenant M.Oğuz ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini, o cümlədən sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığını yüksək qiymətləndirib.

Sonda NATO ilə əməkdaşlığın müxtəlif sahələrində inkişaf perspektivləri müzakirə edilib.