Azərbaycan idman ölkəsi kimi böyük nüfuz qazanmışdır
Bütün sahələrdə olduğu kimi ölkəmiz idman sahəsində də böyük uğurlara imza atır. Təbii ki, bunun başlıca səbəbi cənab prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdır.
Azərbaycanı dünyada tanıdan, böyük nüfuza sahib olduğunu sübut edən fəaliyyətlərdən biri də beynəlxalq idman oyunlarına və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməsi olub. Ölkəmizin idmançıları hər zaman beynəlxalq yarışlarda iştirak edərək yüksək nəticələr göstərirlər və dövlətimizin qüdrətini nümayiş etdirirlər.
Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş milli idman növləri sırasındadır. Ölkəmizdə bütün dövrlərdə güclü güləşçilərimiz olubdur,xüsusilə də müstəqillik dövründə. Bütün idmançılarımız kimi güləşcilərimiz də hər zaman yarışlarda Azərbaycanı ləyaqətlə təmsil ediblər. Hələ sovet dövründən inşikaf edərək irəliləyən Güləş növünün ənənləri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir.
Avropada birinciliyə laiq görülmək Azərbaycan üçün böyük nailiyyətdir. Qalib ölkə kimi yenidən uğur əldə edib ölkəyə qələbə ilə qayıtmaq nəinki idmançılarımız həm də bütün Azərbaycan xalqı üçün böyük fəxarətdir.
Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar. Əlbəttə Azərbaycan da bu ölkələr sırasındadır.
Etibar Hacıyev – YAP Ağstafa rayon təşkilatının sədri