08 Sentyabr 2024

Azərbaycanlı müğənni “PowerTürk” mükafatı üçün yarışacaq VİDEO

Sosial şəbəkələr vasitəsilə məşhurlaşan və fenomenə çevrilən müğənni Nahidə Babaşlı Türkiyədə keçirilən məşhur “PowerTürk” musiqi mükafatlarına namizəddir.

Musavat.com xəbər verir ki, bu barədə “PowerTürk”ün rəsmi saytında məlumat yayılıb. Belə ki, ifaçı “Sevda karası” mahnısı ilə “Ən güclü çıxış edən müğənni” nominasiyası üzrə yarışa qoşulub.

Qeyd edək ki, “Sevda karası” adlı mahnının sözləri və musiqisi Ömercan Özüaydın, Berkan Çelik və Ersel Yıldırım tərəfindən yazılıb.

Türkiyədə yaşayan və orada fəaliyyətini davam etdirən Nahidə mahnını “Embe” orkestri ilə birgə ifa edib.

Könül
Musavat.com