Aydın Caniyev həbs olundu
Jurnalist Aydın Caniyev həbs olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsində qərar çıxarılıb.
Əldə etdiyimiz məlumata görə, onun barəsində Baş Prokurorluq tərəfindən məhkəməyə təqdimat daxil olub. Aydın Caniyev haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə bir ay müddətinə inzibati həbs qərarı verilib.
Jurnalist Eynulla Fətullayev onun barəsində Baş Prokurluğa şikayət verib. E.Fətullayev şikayətində Aydın Caniyev tərəfindən təhqir edildiyini göstərib.
O, bu barədə özünün feysbuk hesabında da paylaşım edib:
“Adını çəkmək istəmədiyim məxluq burada, feysbukda, öz səhifəsində ana söyüşünə qədər alçaldı. Baş Prokuror hörmətli Kamran Əliyevə müraciət etdim. Məxluq 1 ay müddətinə həbsə atıldı. Hörmətli baş prokurora və məhkəməyə təşəkkür edirəm. Məncə, belə məxluqları idarə edənlərə də dərs olar! Allah ölənlərinizə rəhmət eləsin!”