08 Sentyabr 2024

Aksiya iştirakçıları bu anı gözləyir – Laçın yolunda nələr baş verir? – VİDEO

Şuşa-Xankəndi yolunda aksiya iştirakçıları üçün monitorlar yenidən quraşdırılıb.

Bu barədə Musavat.com-un bölgəyə ezam olunmuş əməkdaşı Məhəmməd Türkmən məlumat verib.

Belə ki, aksiya iştirakçıları futbol üzrə Qətərdə keçirilən Dünya Çempionatına rahat baxsın deyə İTV həmin məkanda oyunu yayımlamaq üçün monitor quraşdırıb.

Qətərdə keçirilən dünya çempionatında bu gün 3-cü yer uğrunda Xorvatiya Mərakeşlə mübarizə aparacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.