19 Aprel 2024

Avropa İttifaqının missiyası Xankəndi-Gorus yoluna gəlib

Avropa İttifaqının (Aİ) Mülki Müşahidə Missiyasının nümayəndələri Xankəndi-Gorus yolunun bağlı hissəsinə gəliblər.

Media1.az bu barədə erməni mediasına istinadən bildirir. Qeyd olunur ki, bir qədər əvvəl Rusiya sülhməramlılarının karvanı bu hissədən keçib.

Aİ müşahidəçiləri jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər. Sadəcə, yolun bu hissəsinə nəzarət etmək üçün bura gəldiklərini deyiblər.

Aİ diplomatiyasının rəhbəri Josep Borrell dekabrın 12-də bildirmişdi ki, Brüssel Aİ-nin Ermənistandakı monitorinq missiyasının mandatını yeniləməyəcək və dekabrın 19-da Ermənistandakı fəaliyyətini başa çatdıracaq.