“Ağdam və Laçın yolu paralel açılacaq, Qarabağ erməniləri acizdir” – Surenyans
Beynəlxalq ictimaiyyətdə yekdil fikir var ki, Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları paralel olaraq açılmalıdır.
Ölkə.Az xəbər verir ki, bunu Demokratik Alternativ Partiyasının sədri Suren Surenyans bildirib.
“Bütün beynəlxalq aktorlar arasında yekdil fikir var ki, Ağdam yolu və Laçın dəhlizi paralel olaraq açılmalıdır. Makronla Əliyev arasında telefon danışığından, Amerikanın susqunluğundan, rus sülhməramlılarının davranışından belə təəssürat yaranıb. Bu, Qarabağ ermənilərinin müqaviməti gec-tez aciz qalacağı bir reallıqdır”, – Surenyans yazır.