Xankəndində üçrəngli bayrağımızın dalğalanması milli iftixarımızdır!
Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaldaraq etdiyi çıxışa münasibət bildirən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, bu hadisəni milli iftixarımız adlandırıb.
QHT.az-a açıqlama verən S.Qurbanov bildirib ki, müasir Azərbaycan tarixinin qızıl səhifələrindən olan Xankəndində üçrəngli Azərbaycan bayrağının dalğalanması milli iftixar günümüzdür. Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Xalq iqtidar birliyi bizə bu müqəddəs amalı yerinə yetirməyə kömək etdi.