Vilayət Eyvazov 7 şəhər və rayonun sakinini qəbul edəcək
![](https://media1.az/wp-content/uploads/2023/11/vilayət-eyvazov.jpg)
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 15-də Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Göygöl və Naftalan şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə Media1.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 14.11.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.