12 Mart 2025

Bərdənin Kətəlparaq məktəbində Heydər Əliyev ilinə həsr olunmuş tədbir keçirilib

Aprelin 18-də Bərdə rayon Kətəlparaq kənd tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş maraqlı tədbir təşkil edilib.

ATVFM.LİVE-in xəbərinə görə şagirdlərin ifasında şerlər qiraət olunub, ədəbi – bədii kompozisiya nümayiş etdirilib.

Məktəb direktoru bildirib ki, Heydər Əliyev ili çərçivəsində tədbirlər davamlı xarakterlidir. İlin sonuna kimi müntəzəm olaraq belə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Sonda iştirakçılar tədbirdən xoş təəssüratlarla ayrılıb.