18 Oktyabr 2024

Zamiq Hüseynovdan sevgililər gününə jest-Video

Müğənni Zamiq Hüseynov “Son nəfəsimizə qədər” adlı yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, sənətçi budəfəki işini sevgililər gününə həsr edib. O, İnstaqramda paylaşım edərək “Sevgililər günü, bütün sevənlərə hədiyyəmiz olsun” şərhini yazıb.

Qısa metrajlı filmi xatırladan ekran işinin rejissorluğu Cəlal Kəngərliyə həvalə olunub. Pop ulduzun tərəfmüqabili rolunu isə model Pərvin Həsənzadə canlandırıb. Qeyd edək ki, bəstənin söz və musiqisi İsmayıl Əsədova, aranjimanı Samir Sultanov, mix-masteri isə Oleq Naumova aiddir. Ənənəvi olaraq, Zamiqin “make-up”ı üzərində stilist Elnur Həsənov çalışıb.