21 Dekabr 2024

«Ailələrə Dayaq» xeyriyyə ictimai birliyi layihənin icrasını davam etdirir

«Ailələrə Dayaq» xeyriyyə ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olaraq, “Valideynlərin funksiya və öhdəliklərində yaranan problemlərin həllində maarifləndirmə kampaniyasının keçirilməsi” adlı layihənin icrasını davam etdirir. Belə ki, layihə 01.02.2023-cü il tarixində başlamış, 30.04.2023-cü il tarixinə kimi davam edəcəkdir.

Layihənin əsas məqsədi valideynlərin maariflənmələri yolu ilə uşaqların şəxsiyyət kimi formalaşmasına dəstək olmaqdır. 

Layihənin icrası müddətində maarifləndirici bukletlər, kitabçalar hazırlanıb, çap olundu. Layihə çərçivəsində Lənkəran və Masallı rayonlarında maarifləndirici və təbliğedici tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirin birinci hissəsində maarifləndirici xarakterli bukletlər, kitabçalar, dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyini loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylanılacaqdır. İkinci hissədə isə mövzu ilə bağlı müzakirələr aparılacaq, ünvanlanan suallara cavablar veriləcəkdir.