05 Fevral 2025

Bayden qərarını verdi – F-16-lar Ukraynaya göndərilməyəcək

ABŞ prezidenti Co Bayden Ukraynanın F-16 döyüş təyyarələrini almayacağını bəyan edib.

Media1.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Vaşinqtonda jurnalistlərin suallarını cavablandırıb.

Bayden jurnalistlərdən birinin “ABŞ Ukraynaya F-16-lar verəcəkmi?” sualına “Xeyr” cavabını verib.

Bayden Rusiya-Ukrayna müharibəsinin birinci ili üçün Avropaya gedib-getməyəcəyinə əmin olmadığını bildirib.

Fevralda Polşaya səfər edəcəyini deyən ABŞ lideri dəqiq tarix açıqlamayıb.

Bayden, həmçinin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkarti ilə görüşündə büdcə limiti məsələsini müzakirə edəcəklərini bildirib.