22 Noyabr 2024

“Dörd ay Rəmişlə o qadın eyni çarpayıda yatdı, mən isə yerdə…” – Gülü 42 illik ŞOK GİZLİNLƏRİ AÇDI

Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülşən Hüseynova (Gülü) özünü sənətkarın həyat yoldaşı kimi tanıdan Arzu adlı qadına cavab verib.

G.Hüseynova “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Arzu xanımın efirdə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir:

“Biz Rəmişlə 1978-ci ildən rəsmi ailəliyik. 1979-cu ildə Rəmiş gəlib mənə dedi ki, bir nəfəri maşına mindirmişəm, indi də məndən əl çəkmir, məni hədələməklə qorxudur. Biz o vaxt indiki Heydər Əliyev prospektində mənə iş yerimdən verilmiş bir otaqlı mənzildə qalırdıq. Yaşlı insanlar o binanı xatırlayarlar, sarı bina idi. Həmin binanın ikinci mərtəbəsində ATS-dən mənə mənzil verilmişdi. Nəysə, Rəmiş gəlib əziyyəti danışdı və dedi ki, bunu evə gətirməsəm, məni tutdurmaq istəyirlər. Rəmişi o qədər çox istəyirdim ki, dediyi ilə razılaşdım və Arzunu evə gətirdi. Çox üzr istəyirəm, dörd ay mən yerdə yatdım, Rəmişlə o qadın eyni çarpayıda yatdılar”.

G.Hüseynova bildirib ki, buna baxmayaraq, həmin qadın Rəmişi 1980-ci ildə həbs etdirib:
“Həmin Arzu adlı qadını dörd ay evimdə saxlayandan sonra Rəmişi də özünə qoşub Yevlaxa getdi. Guya ki, orada barışıq filan olacaqdı. Amma halbuki vəziyyət başqa idi, sadəcə, mən o həddə, o səviyyəyə düşmək istəmirəm. Təxminən 4-5 aydan snra Rəmiş o qadından uzaqlaşdı və bunlar 1980-ci ildə Rəmiş qəzaya düşəndə onu həbs etdirdilər. Çünki o vaxt Arzunu özündən uzaqlaşdırmışdı.

O qadının bir xalası qızı var, jurnalistdir. Bu informasiyaları da mediaya ötürən həmin adamdır. Adama deyərlər ki, 42 il idi hardaydın? Niyə indi üzə çıxırsan? Rəmişin sənlə nə kəbini, nə də rəsmi nikahı olmayıb. Amma mən Rəmişlə 1979-cu ildən rəsmi nikahdayam, onun rəsmi soyadının daşıyıram”.

Gülşən Hüseynova qeyd edib ki, sənətkarın zərərli vərdişlərdən əziyyət çəkməsinin səbəbkarı da sözügedən qadındır:

“Arzu Moskvada siqaret satırdı, siqaretin də altında “başqa şeylər” satmaqla məşğul idi. Ona görə də Rusiyada məhkəmənin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edildi. Rəmişdən olduğunu iddia etdiyi oğlu da bu yolda həyatını itirdi”.

G.Hüseynovanın sözlərinə görə, hətta bir zamanlar restoranda qabyuyan da işləyib:
“ATS-də 67 manat maaş alırdım və o Rəmişi götürüb özüylə Yevlaxa gedəndə 700 manat borca düşdüm. Həmin pulu götürüb onalra verdim deyə, məcburən restoranlarda qabyuyan işlədim. Çünki ATS-dən aldığm 67 manatla 700 manat borcu verə bilməzdim. İndi eşidiblər ki. Rəmişin vəziyyəti pisdir, hamısı mənimlə ev davası döyür? Rəmişin bir evi var, o da rəsmi şəkildə mənə hədiyyə edilib. Heç kim o mənzili mənim əlimdən ala bilməz”.

Qeyd edək ki, Arzu adlı qadın ARB kanalında yayımlanan “Elgizlə izlə” verilişinə qoşularaq özünü sənətkarın keçmiş həyat yoldaşı kimi təqdim edib.