21 Noyabr 2024

“Heç nə etmirsən, deyirlər, nə gündədir” – Könül Kərimova

Əməkdar artist Könül Kərimova sosial şəbəkədə xarici görünüşünün tənqid edilməsinə münasibət bildirib.

Musavat.com xəbər verir ki, müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib ki, dəyişiklik etməkdən qorxur:
“Heç nə etmirsən, deyirlər nə gündədir. Nəsə edəndə də başlayırlar tənqidə. Mən də istəyirəm nəsə fərqlilik edim, geyimə uyğun saç düzəldim. Özümdə gec-gec dəyişiklik etdiyim üçün izləyicilərimə qəribə gəlir. Tez-tez etsəydim, belə qarşılanmazdı.
Bizi ancaq sosial şəbəkədə görürlər deyə, tənqid edirlər. Saçlarımı kəsə bilmərəm, depressiyaya düşərəm. Saçımı çox sevirəm. Vaxtilə qaynaq da, parik də istifadə etmişəm. Hazırda öz saçlarımdır”.

Könül
Musavat.com