21 Dekabr 2024

ABŞ Türkiyə üçün MÜHÜM ADDIM atdı – Ankara istədiyini əldə edir

Türkiyəyə F-16-ların satışını dəstəklədiyini dəfələrlə bəyan edən ABŞ prezidenti Co Baydenin administrasiyası nəhayət ki, gözlənilən addımı atıb. ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ Dövlət Departamenti F-16-ların Türkiyəyə satışı və F-16-ların modernizasiya dəstləri ilə bağlı qərarını nəzərdən keçirilməsi və icazə verilməsi üçün Nümayəndələr Palatası və Senatdakı komitələrə çatdırıb.

Musavat.com xəbər verir ki, Wall Street Journal-a (WSJ) danışan ABŞ administrasiyasındakı mənbələr bildiriblər ki, Vaşinqton gələn həftə Konqresdən Türkiyəyə 20 milyard dollar dəyərində F-16 satışı və Yunanıstana yeni nəsil F-35 qırıcılarının satışına razılıq verilməsini tələb edəcək.

Türkiyəyə satışın baş tutması üçün Konqresdəki bütün senatorların razılığı lazımdır.

63c277934e3fe1185c7fe52a.jpg (68 KB)

Bayden administrasiyasının atdığı bu addım Türkiyə əleyhinə açıqlamaları ilə tanınan Senatın Xarici Əlaqələr sədri Bob Menendesi və Yunanıstanı ayağa qaldırıb. Türkiyə və prezident Ərdoğanla bağlı kəskin açıqlamaları ilə tanınan Menendez bir daha F-16-ların Türkiyəyə satışına tamamilə qarşı olduğunu bildirib.

Yunanıstanın CNN telekanalı məlumat yayıb ki, Menendes “Türkiyəyə F-16 satışını əngəlləyəcəyi” barədə vəd verib. Kanal, həmçinin xəbərdə ABŞ senatorunun prezident Ərdoğanla bağlı əsassız iddialarına yer verib.

Skai televiziyası ABŞ Konqresinin üzvü Chris Papasın da F-16-ların Türkiyəyə satışına qarşı olduğunu, qırıcıların Türkiyəyə satış qərarının ciddi müqavimətlə üzləşdiyini iddia edib.

63c278574e3fe1185c7fe548.jpg (68 KB)

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Konqres xarici müttəfiqlərə əhəmiyyətli silah satışını təsdiq etməlidir, lakin təsdiq gəlməsə, Bayden icra əmri verə və satışı təsdiqləyə bilər.

Digər tərəfdən, diplomatik mənbələr ABŞ prezidenti Baydenin və Ağ Evin Türkiyəyə F-16 satmağa razı olduqlarını və Menendesi bu mövzuda razı sala biləcəyini düşünürlər.

WSJ-də yer alan xəbərdə F-16-ların Türkiyəyə satışının Finlandiya və İsveçin NATO-ya üzv olmasını asanlaşdıra biləcəyi ifadə edilib.

Qeyd edək ki, təsdiq üçün Konqresə təqdim olunacaq satış təklifi Türkiyənin hazırkı F-16 donanmasında olan 79 təyyarənin modernləşdirilməsini, həmçinin Ankaraya 40 yeni təyyarə satılmasını ehtiva edir.