22 Dekabr 2024

Bərdə Mərkəzi Rayon Xəstaxanasının direktoru yeni ili iş başında qeyd edib – FOTOLAR

Bu barədə Bərdə Mərkəzi Rayon Xəstaxanasının direktoru Vüsal Məmmədov iş yerindən həkim heyətlə şəkillər paylaşıb.

“2023-cü ilə iş başında olan fədakar personalımızla birge girdik.Acil-2 şöbəsində iş o qədər çox idi ki,şəkil çəkə bilmədim.Hər Birinizlə qürur duyuram.Zəhmətiniz,fədakarlığınız danılmazdır.00.05 də ilin ilk doğuşunun həkimi Xuraman xanıma ayrıca minnətdaram.Vətənimizə və Xalqımıza hakkıyla xidmət etmək Əcdaddan və Şəhidlərimizdən aldığımız vəzifədir.Yeni təqvim ilin xeyirli olsun AZƏRBAYCANIM!” deyə direktor Vüsal Məmmədov status paylaşıb.

Media1.az-ın xəbərinə görə, adi günlərdə xəstəxananın acil bölməsinə 40-45 müraciət olduğu halda bayram günlərində bu rəqəmlər ikiqat artıb. Xəstəxanaya müraciət edənlərin sayı 75-80 nəfərə çatıb.

Direktor Vüsal Məmmədov tibbi heyətə dəstək olmaq üçün xəstəxanada yüksək əhval-ruhiyyə yaratmaq üçün üçün həkimlərə dəstək olub. Yeni ilin gərgin iş saatlarında həkimlərə baş çəkib, onların yanında olmaqla şəkillər çəkib , paylaşıb.

Media1.az olaraq həkimlərimizi bayram münasibətilə təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayırıq.

Media1.az- Musa Muradlı