18 Oktyabr 2024

Nəsrin Cavadzadə pandemiyadan sonra evlənəcək

“Yasak elma” serialının çəkilişlərində tanış olan aktrisa Nəsrin Cavadzadə və aktyor Gökhan Alkan ailə qurmağa hazırlaşırlar.

Musavat.com xəbər verir ki, bir-birinin ailəsi ilə də tanış olan cütlük münasibətlərini rəsmiləşdirmək üçün pandemiyanın bitməsini gözləyir. Onlar qadağalar aradan qalxdıqdan sonra nikah masasına oturacaqlar.

Qeyd edək ki, cütlük ötən ilin noyabrında “İnstagram”da fotolarını paylaşaraq sevgili olduqlarını elan etmişdilər.

Könül
Musavat.com