08 Sentyabr 2024

8 aydır işsiz qalan aktyor restoran açmağı planlayır-AÇIQLAMA

Aktyor Müşfiq Şahverdiyev “Söhbət var” verilişində qonaq olub.

Media1.az Musavat.com-a istinadən  xəbər verir ki, aktyor 8 aydır işsiz olduğunu deyib. Müşfiq biznes qurmağa hazırlaşdığını açıqlayıb:

“Restoran açmağa hazırlaşıram. Orada Lənkəran mətbəxi olacaq. Təndir evi də onun içindədir.
Karantində indiyənə kimi çəkildiyim filmlərdən yığdıqlarımı yedim, aldıqlarımı geyindim. Amma bu hal yenə davam etsə, olmayacaq. Məni “bomj” vidində görəcəksiniz”.