23 Dekabr 2024

Zərdabda bir ailənin altı üzvü qəzaya düşdü: Ölən var

Zərdab rayonunda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi VAZ-21015 markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub.

Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri – gəlini və üç nəvəsi xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.